Şərur Olimpiya-İdman Kompleksində qızlar üçün üzgüçülük və bədii gimnastika üzrə bölmələr fəaliyyətə başlayıb.
Bölmələrin ixtisaslı müəllimlərlə təmin edilməsi də diqqət mərkəzindədir. Buna görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Bədii Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə Yengicə kənd tam orta məktəbinin ixtisaslı fənn müəllimi Sevinc Nəcəfova Bakı şəhərinə bədii gimnastika üzrə ixtisasartırma kursuna göndəriləcək. Bu addımlar 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən atılıb.
Ceyhun Məmmədov