22 Dekabr 2024, Bazar

Muxtar respublikada fəaliyyət göstərən daha 3 idman federasiyasında 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında keçirilən yığıncaqda çıxış edən federasiyanın sədri Mahir Əliyev bildirib ki, geridə qoyduğumuz ildə də qurumun əsas məqsədi basketbol idman növünü muxtar respublikada təbliğ etmək və gənclər arasında kütləvi hala gətirmək olub. Yaradılan şəraitdən federasiya maksimum istifadə edib və muxtar respublikanın şəhər və rayonlarında öz bölmələrini yaradıb. 2016-cı ildə federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 56 idman tədbiri keçirib.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının yekun iclasında çıxış edən federasiyanın sədr müavini Aydın Mirzəyev vurğulayıb ki, ötən il mütəmadi olaraq yarışlar, turnirlər təşkil edilib. Eyni zamanda voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasının ilk dövrəsinin oyunları məhz muxtar respublikada keçirilib. İndi bizim əsas məqsədimiz çıxış etdiyimiz Azərbaycan çempionatında yüksək nəticələr əldə etməkdir. Bunu nəzərə alaraq, artıq yığmaya rusiyalı məşqçi də dəvət etmişik. Məqsədimiz muxtar respublikanın şəhər və rayonlarında voleybola olan marağı artırmaqdır. Aydın Mirzəyev cari ildə görüləcək işlər barədə də geniş məlumat verib.

 

“Geridə qoyduğumuz ildə muxtar respublikada futbolun kütləvi hal alması üçün tədbirlərin, yarışların təşkili diqqətdə saxlanılıb. Hər il olduğu kimi, 2016-cı ildə də müəyyən edilmiş yaş qruplarında zona birincilikləri keçirilib və qalib komandalar Naxçıvanı ölkə birinciliyində təmsil ediblər. 2016-cı ildə keçirilən futbol üzrə muxtar respublika çempionatında, “Heydər Əliyev Kuboku”nda, eyni zamanda futzal turnirlərində mindən çox uşaq, yeniyetmə və gənc mübarizə aparıb” – bu sözləri Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədr müavini Hafiz Əliyev ötən ilin yekunlarına həsr olunan yığıncaqda deyib, 2017-ci ildə qarşıda duran vəzifələrdən danışıb.
Hər üç yığıncaqda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşı­rıqlar haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR