22 Dekabr 2024, Bazar

Voleybol komandamızın yeni baş məşqçisi bu fikirdədir

Voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasında mübarizə aparan “Naxçıvan” komandası üçüncü dövrənin hazırlıqlarını davam etdirir. Məlumat üçün bildirək ki, bundan sonra “Naxçıvan” komandasını çempionat oyunlarına və digər qarşılaşmalara rusiyalı baş məşqçi Aleksandr Çornı çıxaracaq. 55 yaşlı baş məşqçinin zəngin idman karyerası var. 1961-ci ildə anadan olan Çornı idmançı kimi uzun müddət Moskva şəhərində fəaliyyət göstərən Mərkəzi Ordu İdman Klubunun şərəfini qoruyub, bu klubda 10 qat SSRİ çempionu, 4 qat SSRİ Kubokunun, 6 qat Avropa Çempionları Kubokunun sahibi, böyüklər arasında Avropa çempionu adını qazanıb. 1979-cu ildə SSRİ yığmasının heyətində gənclər arasında Avropa, iki il sonra isə dünya çempionu olub.
Oyunçu karyerasını bitirəndən sonra o, məşqçilik işinə başlayıb. Çornı 1995-ci ilə qədər Mərkəzi Ordu İdman Klubunun ikinci klubunun, bir il İtaliya A seriyasında “Padova”nın, 1996-2008 və 2009-2011-ci illərdə Novokuybışevskinin “Oktan” klubunun baş məşqçisi olub.
Baş məşqçi bizimlə söhbətində hədəfləri barədə danışdı: “Hədəfimiz Azərbaycan çempionatında uğurlu çıxış etmək və yüksək yerə sahib olmaqdır. Bunun üçün ciddi hazırlaşmalı və məşqlərə ara verməməliyik. “Naxçıvan” komandası ilə ilk məşqlərdə uşaqların istedadlı olduğunu gördüm. Bu da daha bir məqsədimizə çatmağa – Naxçıvanda voleybolu inkişaf etdirməyə və istedadlı uşaqları yığmaya cəlb etməyə imkan verəcək. İnanıram ki, komanda ilə böyük uğurlara imza atacağıq”.
Qeyd edək ki, “Naxçıvan” komandasına baş məşqçi ilə yanaşı, daha iki voleybolçu da qoşulub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR