22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası 2016-cı ilin yekunları və cari ildə qarşıda duran vəzifələr mövzusunda yekun iclas keçirib. İclası giriş sözü ilə açan federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən yeni quruculuq obyektləri arasında idman müəssisələri üçün binalar da yer alır. 2002-ci ildə idman federasiyalarının yaradılması muxtar respublikada idmanın inkişafına öz töhfəsini verib. Bu federasiyalardan biri də Yüngül Atletika Federasiyasıdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hər ilin əvvəlində birlikdə hazırlanan və təsdiq edilən təqvim planına uyğun olaraq nəzərdə tutulan bütün idman yarışlarının hazırlanmasına və keçirilməsinə nail olunur. Hazır­da Yüngül Atletika Federasiyasının nəzdində 2 klub və 7 rayon bölməsində fəaliyyət göstərən 64 qrupda 682 idmançı məşqlərdə iştirak edir. Bunlardan 280-i qız, 402-si isə oğlanlardır. Klub və bölmələrdə idmançılarla federasiyadan aylıq əməkhaqqı alan 11 məşqçi müəllim məşğul olur.
Sonra çıxış edən federasiyanın sədr müavini İntiqam Rəhimov 2016-cı ildə təşkil edilən yarışlar barədə məlumat verib. Bildirilib ki, geridə qoyduğumuz il ərzində federasiya tərəfindən 29 muxtar respublika əhəmiyyətli yarış keçirilib. Yarışlarda 2647 nəfər gənc oğlan və qız iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov çıxışında son illər muxtar respublikada idmanın kütləviliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Sonda iclas iştirakçıları ilə 2017-ci ildə qarşıda duran məsələlər müzakirə edilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının da 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev açaraq federasiyanın 2016-cı il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra federasiyanın Kəngərli rayon bölməsinin məşqçi-müəllimi Elşən Qubuşov, Ordubad rayon bölməsinin məşqçi-müəllimi Müzəffər Həbibov, Şərur rayon bölməsinin məşqçi-müəllimi Rasim İsgəndərov çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov çıxışında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR