Babək rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Babək” və “Naxçıvan” komandaları arasında MMA qarışıq döyüş növü üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşündə idmançılar 8 çəki dərəcəsində mübarizə aparıblar. Yekun nəticəyə əsasən,“Naxçıvan” komandası babəkli həmkarları üzərində 5:3 hesabı ilə qalib gəlib.
Sonda qalib gələn komanda üzvlərinə Şərq Döyüşü Sənəti Federasiyasının diplom, medal və hədiyyələri təqdim edilib.
Ceyhun Məmmədov