22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi futzal üzrə muxtar respublika birinciliyi başa çatıb. Yeni Azərbaycan Partiyasının üzvləri arasında keçirilən birincilikdə 8 komanda mübarizə aparıb.
Birincilik Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində olimpiya sistemi üzrə keçirilib. Beynəlxalq Futzal Federasiyasının qaydalarına uyğun olaraq təşkil edilən birincilikdə futzalçılar hər hissəsi 20 dəqiqə olmaqla, 40 dəqiqəlik müddətdə qalibi müəyyənləşdirməyə çalışıblar.
Yarışın nəticəsinə gəlincə, həll­edici qarşılaşmada “Naxçıvan” və “Şərur” komandaları qələbə uğrunda mübarizə aparıblar. Daha baxımlı oyun sərgiləyən Şərur futzalçıları meydanı 5:4 hesablı qələbə ilə tərk ediblər. Üçüncülük matçında isə “Ordubad” komandası “Kəngərli” komandası ilə qarşılaşıb. Görüş Kəngərli təmsilçisinin 9:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandaların futzalçıları diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR