Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilik Beynəlxalq Boks Federasiyasının qaydalarına əsasən təşkil edilib.
9 çəki dərəcəsində 30-a yaxın dəri əlcək sahibi öz qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən yarışda Nemət Yusifli, Ümid Abbasov, Murad Nağıyev, Ayxan Quliyev, Ayxan Süleymanov, Yusif Əliyev, Kamran Allahverdiyev, Əbülfəz Xəlilli və Teymur Hacızadə müvafiq olaraq 35, 44, 46, 48, 50, 52, 57, 63 və 70 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Ceyhun Məmmədov