22 Dekabr 2024, Bazar

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin idman zalında şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol birinciliyi keçirilib.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov və Təhsil Şöbəsinin nümayəndəsi Mahmud Kərimov çıxış edərək yarışın keçirilməsinin məqsədi haqqında komandalara məlumat veriblər, idmançılara uğurlar arzulayıblar.
Yarışda 14 komanda mübarizə aparıb. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda VIII-XI sinif şagirdləri mübarizə aparıblar. Yarışın nəticəsinə gəlincə, 15 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Digər iki pillədə 6 və 3 nömrəli tam orta məktəblərin voleybolçuları qərarlaşıblar.
Qalib komandalar təşkilatçıların diplomları ilə təltif olunublar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR