Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə muxtar respublikada futbolun inkişafı məqsədilə Azərbaycanın 15 və 16 yaşlılardan ibarət milli yığma komandasının baş məşqçisi Vüqar Məmmədov Naxçıvana dəvət edilmişdi. İki gün Naxçıvanda olan baş məşqçi burada seleksiya xarakterli məşqlər aparmışdır.
Artıq millinin baş məşqçisi Azərbaycan yığmasının heyətini açıqlayıb.
Dekabrın 15-dən 21-nə qədər Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Toplanış iki hissədən ibarət olacaq. 15-17 dekabr və 19-21 dekabr tarixlərini əhatə edəcək toplanışa dəvət olunmuş heyətdə “Araz-Naxçıvan” komandasının da iki futbolçusu var. Bunlar Hüseyn Abbasov və Əmircan Zamanlıdır.
Ceyhun Məmmədov