Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında yüksək və I dəstənin növbəti oyunları keçirilib və ilk dövrəyə yekun vurulub.
Yüksək dəstədə ilk dövrəni “Culfa” komandası qalib kimi başa vurub. Culfalılar son görüşdə Babək basketbolçularını səfərdə məğlub etməklə birinci yeri qazanıblar – 34:46. Turun ən maraqlı görüşü isə “Naxçıvan”-“Ordubad” komandaları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Naxçıvan basketbolçuları meydanı iki top fərqi ilə qalib tərk ediblər – 61:59.
I dəstədə isə “Şahbuz” komandası liderliyi əldə saxlayıb. Onları bu turda “Kəngərli” komandası da saxlaya bilməyib. Bu turda onlar səfərdə Kəngərli basketbolçularının qonağı olublar və meydanı 35:15 hesablı qələbə ilə tərk ediblər. “Lokomotiv” isə doğma meydanda 2 xalı “Naxçıvan” Universiteti komandası üzərində qazanıb – 33:30.
Ceyhun Məmmədov