22 Dekabr 2024, Bazar

Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qız şagirdləri arasında voleybol üzrə birincilik keçirilib. Birincilikdə 12 komanda mübarizə aparıb. Yarış əsasnaməyə uyğun olaraq olimpiya sistemi ilə keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli, Təhsil Şöbəsinin müdiri Adəm Qasımov çıxış edərək keçirilən tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.
Birincilikdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Camaldın və Əbrəqunus kənd tam orta məktəblərinin komandaları isə ikinci və üçüncü olublar.
Qalib komandalara və fərqlənən idmançılara təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR