Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Şahmat Məktəbində keçirilən məktəblilər arasında şahmat turniri başa çatıb.
Yarışdan əvvəl rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Uşaq-gənclər şahmat məktəbinin direktoru Rauf Heydərov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafından, idmançılara göstərilən qayğıdan danışıblar.
Olimpiya sistemi ilə keçirilən turnirdə 40-a yaxın oğlan və qız qüvvəsini sınayıb. İki qrup üzrə keçirilən turnirin nəticəsinə əsasən, “A” qrupunda qalib adını Pərviz Rzayev qazanıb. Mais Abbasov ikinci, Novruz İsmayılov isə üçüncü olub. “B” qrupunda isə Kainat Tağıyev hamıdan güclü olub. Əflatun Nağıyev və Uğur Məmmədov digər pillələrdə qərarlaşıblar.
Ceyhun Məmmədov