22 Dekabr 2024, Bazar

Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə rayonun Yurdçu kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin qız voleybolçuları arasında birincilik təşkil edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Uşaq-gənclər idman məktəbinin direktoru Sarvan Məmmədov çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan danışıblar. Qeyd olunub ki, bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında idmanın kütləviliyinin təmin olunması, müasir idman komplekslərinin istifadəyə verilməsi, respublika və beynəlxalq səviyyəli yarışlarda idmançılarımızın iştirakının təmin edilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirilməsinin nəticəsidir.

8 komandanın iştirak etdiyi yarışda 90-dan çox idmançı mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışın nəticəsinə əsasən, akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin komandası qalib olub. Digər iki pillədə isə Çalxanqala və Qarabağlar kənd tam orta məktəblərinin komandaları qərarlaşıblar.

* * *

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-gənclər şahmat məktəbinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında keçirilən şahmat turniri başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Uşaq-gənclər şahmat məktəbinin direktoru Elman Əliyev yarışdan əvvəl çıxış edərək bildiriblər ki, bu gün bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə qayğı idmançılarımızın müxtəlif yarışlarda yüksək qələbələr qazanmalarına stimul olub.
Olimpiya sistemi üzrə keçirilən turnirdə 30-a yaxın oğlan və qız qüvvəsini sınayıb. Yekun nəticəyə əsasən, turnirdə müvafiq olaraq oğlanlar arasında Asif Dünyamalıyev, Hüseyn Yerdələn və Murad Rzazadə mükafat qazanıblar. Qızların mübarizəsində isə Dilbər Dünyamalıyeva, Nurşən Məmişova və Nurtac Salahlı ilk üç pillədə qərarlaşıblar.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR