Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası idmançılarının uğurları gündən-günə artmaqdadır. Federasiyanın idmançıları cari ildə ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq arenada da yarışlara qatılıblar. Qazanılan uğurların təməlində idmana və idmançılara göstərilən diqqət dayanır.
İlin son ayında federasiya daha bir uğura imza atıb. Belə ki, 2-3 dekabr tarixlərində Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə V açıq respublika turniri keçirilib. Bu turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov da mübarizə aparıb. İdmançımız 38 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxıb və turniri üçüncü pillədə başa vurub.
Abbas Məmmədova təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.
Ceyhun Məmmədov