Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi məktəblilər arasında stolüstü tennis üzrə birinciliyə yekun vurulub. Yarışda 32 idmançı mübarizə aparıb.
Yekun nəticəyə əsasən, oğlanlar arasında Nihad Qurbanlı qalib adını qazanıb. Digər iki pillədə isə Əkrəm Rəhimli və Nail Xudiyev qərarlaşıblar.
Qızların mübarizəsində isə Xurşud Mahmudova hamıdan güclü olub. Nurcan Məmmədova ikinci, Gültəkin Süleymanova isə üçüncülüklə kifayətləniblər.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ceyhun Məmmədov