Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Gənclər Birliyi və Uşaq-gənclər idman məktəbinin birgə hazırladığı tədbirlər planına uyğun olaraq, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında boks üzrə şəxsi birincilik keçirilib. Yarışdan öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov, Uşaq-gənclər idman məktəbinin direktoru Sarvan Məmmədov çıxış edərək yarış iştirakçılarına zərərli vərdişlərin insan orqanizmi və sağlamlığı üçün nə qədər təhlükəli olduğu haqqında geniş məlumat veriblər.
Daha sonra yarışa start verilib. Gərgin keçən görüşlərdən sonra Sinan Əbilov, Ramiz Bayramov, Hüseyn Qənbərli, Elçin İmanov, Ucal Musayev və Tural Rzayev mükafata layiq görülüblər.
Sonda qalib idmançılara təşkilatçıların diplomları təqdim olunub.
Ceyhun Məmmədov