Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi yüngül atletika üzrə rayon birinciliyi başa çatıb.
Birincilikdə 19 məktəbdən 157 şagird mübarizə aparıb. Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev və Təhsil Şöbəsinin əməkdaşı Nicat Babayev çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Gərgin keçən mübarizə nəticəsində Sabirkənd tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Azadkənd tam orta məktəbinin komandası ikinci, Üstüpü kənd tam orta məktəbinin komandası isə üçüncü olublar.
Sonda şagirdlərə təşkilatçıların diplomları təqdim edilib.
Ceyhun Məmmədov