22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi “Futzal kuboku” uğrunda muxtar respublika birinciliyinə start verilib. 

Olimpiya sistemi üzrə keçirilən və beynəlxalq futzal qaydalarına uyğun olaraq təşkil edilən birincilikdə 9 komanda mübarizə aparır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş yarış Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilir.
Üç gün davam edəcək birincilikdə Naxçıvan Dövlət Universitetinin (NDU) komandası, “DİN-Darıdağ”, “Sədərək”, “Şərur”, “Kəngərli”, “Şahbuz”, “Babək”, “Culfa” və “Ordubad” komandaları meydana çıxacaqlar. Reqlamentə əsasən, qalib komanda bir oyunun nəticəsinə görə müəyyənləşdiriləcək. Oyunlarda təyin olunan vaxt zamanı qalib müəyyən edilməzsə, o zaman qaydalara əsasən yeddi metrlik 5 zərbədən istifadə olunacaq.

Artıq birincilikdə bəzi oyunlara yekun vurulub. Belə ki, ilk görüşdə NDU-nun komandası Kəngərli futzalçılarını məğlub edib. “Şahbuz” komandası isə babəkli həmkarlarından üstün olub. “Şərur”-“Sədərək” matçında birincilər meydanı qələbə ilə tərk edərək növbəti mərhələyə yüksəliblər. “DİN-Darıdağ” isə “Culfa” komandasını məğlub edərək adını yarımfinala yazdırıb.
Yarımfinal mərhələsinə vəsiqə qazanmaq uğrunda digər görüşdə “Ordubad” komandası ilə NDU futzalçıları üz-üzə gəlib. Bu görüşdə qələbə qazanan ordubadlılar yarımfinala yüksəliblər.
Bu gün yarımfinal mərhələsində “Ordubad”-“DİN-Darıdağ”la, “Şərur” isə “Şahbuz”la qarşılaşacaq. Final görüşü isə sabah keçiriləcək.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR