22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Fövqəladə Hallar nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş hüquq-mühafizə orqanlarının idmançıları arasında ekstremal idman oyunları üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Yarışın açılış mərasimində çıxış edən təşkilatçı orqanların nümayəndələri birinciliyin mahiyyəti barədə idmançıları məlumatlandırıblar. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının təlim bazasında keçirilən birinciliyin reqlamentinə əsasən yarış 3 yaş (18-22, 23-27, 28-32) qrupu üzrə təşkil edilib. İdmançılar ekstremal idman yarışında maneələr zolağının dəf edilməsi, yüksəkliyə qalxma, quyudan zərərçəkmişin çıxarılması, əl və ayaqların köməyi ilə üfüqi kəndirdən keçmə, komandalar arasında kəndir dartma və fiqurlu nərdivanda çalışma növlərində qüvvələrini sınayıblar.
Birinciliyin yekun nəticəsinə əsasən, Daxili Qoşunların komandası bu prosesləri hamıdan öncə tamamlayaraq qalib adını qazanıb. Digər iki pillədə isə Əlahiddə Ümumqoşun Ordusunun və Fövqəladə Hallar Nazirliyinin komandaları qərarlaşıblar.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələr təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR