03 May 2024, Cümə

27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə dünən Naxçıvan Dövlət Universitetində ali təhsil ocağı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  birgə təşkil etdiyi “Qədim yurda gənc baxış” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov Ümumdünya Turizm Gününün təsis edilməsi tarixindən danışmışdır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək demişdir ki, zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru bu gün sürətlə inkişaf edir. Ölkədə turizmin inkişafına dair birinci dövlət proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sahənin dirçəlməsinə əsaslı stimul olmuşdur. Bu proqram həmçinin beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini qoymuş, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəlmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir.

Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasından ibarətdir.
Nazir qeyd etmişdir ki, Azərbaycanın ayrılmaz parçası olan muxtar respublikamızda turizmin inkişafı üçün zəngin potensial vardır. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə həyata keçirilən quruculuq tədbirləri, turizm sektoruna göstərilən dövlət qayğısı qədim diyarımızda turizmin yeniləşməsinə, inkişaf etməsinə və turistlərin muxtar respublikamıza rahat şəkildə gəlib-getmələrinə geniş imkanlar açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Turizm şöbəsinin müdiri Gülbuta Babayevanın, nazirliyin Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyevin, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin mühəndis-texnoloqu Minayə Bayramovanın və başqalarının məruzələri dinlənilmişdir.
Sonra “Naxçıvan balladası” adlı film nümayiş etdirilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Mina QASIMOVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR