23 Dekabr 2024, Bazar ertəsi

Əmək pensiyalarının müntəzəm olaraq artırılması, pensiyaların vaxtlı-vaxtında pensiyaçılara ödənilməsi, pensiya təminatı ilə bağlı müvafiq qanunların qəbul edilməsi, ölkədə ilk dəfə olaraq yeni mexanizm hesab edilən fərdi uçot sisteminin qurulması, yaşa görə əmək pensiya hüququ olan sığortaolunanlara avtomatlaşdırılmış qaydada pensiyaların təyin edilməsi, əmək pensiyalarının pensiyaçılara plastik kartlar vasitəsi ilə ödənişinin təşkil edilməsi və digər bu kimi işlər ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın yüksək səviyyədə reallaşması nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat məbləğində müəyyən edilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda bildirilir ki, yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş şəxslərin, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsi 10 faiz artırılmaqla, onların pensiyalarının baza hissəsinin üzərinə müvafiq əlavələr də hesablanaraq ödəniləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilmiş və əmək pensiyaçılarının pensiyalarının baza hissəsinin məbləğinin 10 faiz artırılması prosesi başa çatdırılmaqdadır. Fond tərəfindən bütün növ əmək pensiyaları üzrə 48 min 56 nəfər əmək pensiyaçısının pensiyasının (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla) baza hissəsinə 10 faiz artım tətbiq ediləcəkdir. Bu da muxtar respublika üzrə ümumi pensiyaçıların 93 faizini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar ölkə başçısının Sərəncamına uyğun olaraq 2016-cı ilin fevral ayının pensiya ödənişində əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürüləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR