23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən Yeni il şənliyi bu tədbirlərin davamı idi. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.
Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tamaşalardan səhnələr göstərib və mahnılar ifa ediblər. Şənlikdə iştirak edən Şaxta baba, Qar qız uşaqları əyləndiriblər. Uşaqlar rəqs edib, mahnılar oxuyublar.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR