23 Dekabr 2024, Bazar ertəsi

Vətəndaşların, xüsusilə də gənc­lərin məşğulluğunun təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir. Belə tədbirlər sırasında ildə dörd dəfə keçirilən əmək yarmarkaları mühüm əhəmiyyət daşıyır.
Babək rayonunda dünən keçirilən əmək yarmarkasını rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq bildirib ki, muxtar respublikamızın hərtərəfli inkişafı əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” regionda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir.
Dövlət pro­qramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Rahil İbrahimli çıxışında qeyd edib ki, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Məşğulluğun təmin olunması isə həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir.
Sonra yarmarkaya gələnlər onlara təqdim edilən vakant iş yer­ləri ilə tanış olublar. 11 təşkilatdan 62 boş iş yerinin çıxarıldığı yarmarkada 19 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Şərur rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR