23 Dekabr 2024, Bazar ertəsi

Məşğulluq tədbirlərinin çevik formalarından biri də muxtar respublikanın bütün bölgələrində ildə bir neçə dəfə keçirilən əmək yarmarkalarıdır.
Dünən Culfa rayonunda ilin növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Yalçın Hüseynov bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürən­lərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Möhsünov rayonda son illərdə həyata keçirilən infrastruktur quruculuğundan, sahibkarlığa göstərilən dövlət dəstəyindən və aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, ötən il keçirilən əmək yarmarkalarında 272 nəfər, cari ilin 10 ayında isə 251 nəfər işlə təmin olunub.
Sonra yarmarkaya gələnlər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. 17 təşkilatdan 121 boş iş yerinin çıxarıldığı yarmarkada 18 nəfərə işə göndəriş verilib.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR