23 Dekabr 2024, Bazar ertəsi

Dünən Şahbuz rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Bildirilib ki, məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, insanların daimi işlə təmin olunmasına öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikada məşğulluq məsələlərinin həllində mühüm rol oynayır.

Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxışında qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib. Kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa göstərilən hərtərəfli dövlət dəstəyi yeni iş yerlərinin yaradılmasına səbəb olub. Təkcə 2014-cü ildə keçirilən 4 əmək yarmarkasında 105 nəfər, ümumilikdə isə 315 nəfər işaxtaran işlə təmin olunub. 2015-ci ilin ötən on ayında isə 286 nəfər işlə təmin edilib. Keçirilən əmək yarmarkalarına işaxtaran əhalinin marağının böyük olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapacaqlarına böyük inam vardır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 6 təşkilatdan 106 boş iş yerinin çıxarıldığı yarmarkada 14 nəfərə işə göndəriş verilib.
Növbəti yarmarka bu gün Culfa rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR