23 Dekabr 2024, Bazar ertəsi

18-20 noyabr tarixlərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhdud fiziki imkanlı şəxslərə növbəti səyyar protez-ortopedik xidmət göstərilib.
Tibbi-texniki heyət məhdud fiziki imkanlı 101 şəxsin, o cümlədən 5 ahılın, sağlamlıq imkanları məhdud 11 uşağın evlərinə gedərək onların ehtiyaclarını öyrənib. 14 nəfərdən protez və ortez sifarişləri qəbul edilib, 4 nəfərin protezləri təmir edilib, 6 nəfərə müxtəlif protez-ortopedik məmulatlar, eyni zamanda 7 nəfərə tibbi məsləhət, həmçinin 70 nəfərə texniki-bərpa vasitələri, o cümlədən 1 nəfərə əlil arabası, 13 nəfərə eşitmə aparatı, 56 nəfərə isə müxtəlif növ əsalar verilib.
Cari ildə, ümumilikdə, 349 məhdud fiziki imkanlı şəxsə müvafiq səyyar xidmətlər göstərilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR