23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən cari ilin əvvəlində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerlərinin hər ay toplanması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla müvafiq müəssisələrdə sorğular keçirilib.

Ötən dövr ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 2463 nəfər peşə və ixtisasına uyğun işlə təmin olunub, sosial müdafiəyə xüsusi ehtiyacı olan 32 nəfər kvota yerlərinə göndərilib, 274 nəfər haqqıödənilən sosialyönümlü ictimai işlərə cəlb edilib. İşlə təmin olunanların 106 nəfəri məhdud fiziki imkanlı şəxs, 62 nəfəri hərbi xidmətdən yeni tərxis edilən, 1 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad olunandır.
Keçirilən əmək yarmarkalarında isə 694 nəfərə, Təhsil və Səhiyyə nazirlikləri ilə birgə təşkil olunan əmək yarmarkasında isə müvafiq olaraq 127 və 13 nəfərə öz peşə və ixtisaslarına uyğun işə göndəriş verilib.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kurslara 402 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 103 nəfər, hərbi xidmətdən tərxis olunan 18 nəfər və cəzaçəkmə müəssisəsindən azad olunan 2 nəfər cəlb edilib.
Cari ilin 10 ayı ərzində məşğulluq xidməti orqanlarında işsizlik statusu alan olmayıb.
Məlumatda o da bildirilir ki, növbəti əmək yarmarkalarına noyabrın 24-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydər­abad Qəsəbə Mərkəzində təşkil olunacaq. Noyabr ayının 25-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Noyabrın 26-da keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun iş­a­xtaran sakinləri bu dövlət qayğısından noyabr ayının 27-də yararlana biləcəklər. Dekabr ayının 1-də ordubadlılara, 2-də babəklilərə, 3-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası dekabr ayının 4-də “Gənclik” Mərkəzində keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR