22 Dekabr 2024, Bazar

Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun yaxşılaşdırılması üçün çevik məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının rolu və əhəmiyyəti daha da artırılıb. Son illər təşkil olunan əmək yarmarkaları vasitəsilə yüzlərlə ordubadlının məşğulluq problemi həll edilib. Cari ildə də bu ənənə davam etdirilir.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxışında qeyd edib ki, rayonda məşğulluq problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərinin tikintisi və abadlığı, məktəblərin yenidən qurulması və təmiri, içməli su və kanalizasiya xətlərinin çəkilişi və sair obyektlərin inşası nəticəsində yaranmış iş yerləri, eləcə də digər idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.
İşaxtaran vətəndaş Səid Muradov əmək yarmarkasının keçirilməsinin işaxtaranlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra əmək yarmarkasının iştirakçıları boş iş yerləri ilə tanış olublar. 16 müəssisədən 191 boş iş yerinin çıxarıldığı yarmarkada 26 nəfərə işə göndəriş verilib, 2 nəfər peşə hazırlığı kurslarına göndərilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR