22 Dekabr 2024, Bazar

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən növbəti “Yay məktəbi” keçirilir.
Naxçıvan Müəllimlər İnstitutunda və Naxçıvan Tibb Kollecində təhsil alan 50 fəal gəncin iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlərdən danışıblar. Qeyd olunub ki, bu gün muxtar respublikamızda gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər üçün belə tədbirlərin təşkil olunması isə artıq ənənə halını alıb. “Yay məktəbi” gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir.
Gənclər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
“Yay məktəbi”ndə gənclər əvvəlcədən müəyyənləşdirilmiş günün nizam qaydasına uyğun olaraq hərəkət edəcəklər. Burada müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar, seminarlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək.
Qeyd edək ki, növbəti “Yay məktəbi”ndə isə Naxçıvan Musiqi və Dövlət Texniki kolleclərinin tələbələri iştirak edəcəklər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR