22 Dekabr 2024, Bazar

Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Sədərək rayonunda “Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi və avtomatlaşdırılmış pensiya təyinatı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov və İsmayıl Həsənov məcburi dövlət sosial sığortahaqlarının ödənişi və hesabat sistemində, sığorta-pensiya sistemində, fərdi uçotun təşkili sahəsində, əmək pensiyalarının təyinatı və ödənişi sahəsində elektron xidmətlərin tətbiqindən danışıblar.
Qeyd olunub ki, informasiya və kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun bütün orqanlarında əhaliyə və sığorta­edənlərə göstərilən xidmətlər elektron formatda təşkil edilib.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən tədbirlər elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəldildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran fond əməkdaşları bildiriblər ki, istifadəyə verilən “Məcburi dövlət sosial sığortahaqlarının onlayn ödənilməsi” elektron xidməti vasitəsilə sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığortahaqlarının ödənilməsini asanlıqla həyata keçirirlər. İndi istənilən sığortaedən heç yerə getmədən plastik kart vasitəsilə internet üzərindən məcburi dövlət sosial sığortahaqlarını onlayn ödəyə bilər. Kənd yerlərində yaşayan sığortaedənlər məcburi dövlət sosial sığortahaqlarını bağlanmış müqavilələrə əsasən yaşadıqları yerlərdə poçt şöbələri vasitəsilə ödəyə bilərlər.
Vurğulanıb ki, fond tərəfindən ötən ildən avtomatlaşdırılmış pensiya təyinatı sistemi istifadəyə verilib. Fondda yaradılan pensiya təyinatı xidmətinə əmək pensi­yası hüququ yaranmış vətəndaş (+99436) 550-59-79 nömrəsinə zəng edib və şəxsiyyət vəsiqəsinin nömrəsini bildirdikdə ona real vaxt çərçivəsində pensiya təyin olunması həyata keçirilir.
Sədərək rayonunda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə fondun Sədərək Rayon Şöbəsinin müdiri Nəsimi Rzayev tədbir iştirakçılarına məlumat verib.
Sonda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR