22 Dekabr 2024, Bazar

Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Qoşadizə kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin ətraf mühitin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə cinayət və inzibati məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.

Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat verilib.
Sonra rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Bayram Sadıxov “Ətraf mühitin qorunması sağlam həyatımızın başlıca amillərindəndir” mövzusunda çıxış edərək bildirib ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb. Ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və sair hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcudur.
Qeyd olunub ki, təbii sərvətlərdən istifadə sahəsində inzibati məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəki “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində, təbii sərvətlərdən istifadə sahəsində cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci fəslində öz əksini tapıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hafizə ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR