22 Dekabr 2024, Bazar

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi tərəfindən növbəti “Yay məktəbi” təşkil edilib.
Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində təhsil alan 50 fəal gəncin iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlər barədə danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikamızda gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Yaradılan şəraitdən düzgün istifadənin vacibliyini vurğulayan Məmməd Babayev gənclərə xoş və mənalı istirahət arzulayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək gənclər üçün yay məktəblərinin təşkil olunmasının artıq bir ənənə halını aldığını bildirib. 2013-cü ildən başlayaraq hər il mərkəzdə “Yay məktəbi”nin təşkil edilməsi gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir. Burada yaradılan şərait dövlətimizin gənclərə göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.
Gənclər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onu da qeyd edək ki, “Yay məktəbi”ndə gənclər əvvəlcədən müəyyənləşdirilmiş günün nizam qaydasına uyğun olaraq hərəkət edəcəklər. Burada müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar, seminarlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək. Azərbaycan filmlərinin nümayiş etdirilməsi və bu mövzuda müzakirələrin aparılması isə gənclərin tariximiz, milli dəyərlərimiz və adət-ənənələrimizlə tanış olması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, növbəti yay məktəblərində isə Naxçıvan Müəllimlər İnstitutu, Tibb, Musiqi və Dövlət Texniki kolleclərinin tələbələri iştirak edəcəklər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR