22 Dekabr 2024, Bazar

Məlumat verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində iyulun 20-dən bir qrup məhdud fiziki imkanlı şəxsin istirahəti təşkil olunub.
İstirahət günlərinin səmərəli keçməsi məqsədilə proqram tərtib edilib. Proqrama uyğun olaraq, mərkəzdə istirahət edənlər üçün müxtəlif tədbirlər keçirilir. Bu kateqoriyadan olan şəxslərin iştirakı ilə təşkil edilən qolbol və dama yarışları, həmçinin əyləncəli tədbirlər, vətənpərvərlik mövzusunda filmlərin nümayişi yaddaqalan olub.
İstirahətin dördüncü günündə məhdud fiziki imkanlı şəxslər Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Eyni zamanda onların təbiət guşələrinə ekskursiyası da təşkil olunub.
İstirahətin beşinci günündə isə növbəti tədbirin keçirilməsi nəzərdə tutulub. Belə ki, məhdud fiziki imkanlı rəssamlar yerli təbiət mənzərələrinin kətan üzərində yağlı boya ilə təsvirini çəkəcəklər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR