Muxtar respublikada ahıllara göstərilən dövlət qayğısının bir nümunəsi olan və Şahbuz şəhərində fəaliyyət göstərən Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Sakinlərin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə bu ünvanda davamlı tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dünən Ahıllar evi sakinlərinin Naxçıvan şəhərində gəzintisi təşkil edilib. Ahıllar Duzdağ Fizioterapiya Mərkəzində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Gəzinti iştirakçılarına müalicə mərkəzinin fəaliyyəti, tarixi abidələrimiz, muzeylərdə tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gəzinti iştirakçıları üçün nahar və çay fasiləsi təşkil olunub.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti