22 Dekabr 2024, Bazar

İyun ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 52 məktəbli uşağın valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub. Nazirlik tərəfindən fiziki məhdudiyyəti olan istedadlı, o cümlədən idmançı, musiqiçi, rəssam, toxucu, misgər, ümumilikdə, 35 şəxs iyul ayının 20-də Ağbulaq İstirahət Mərkəzinə göndərilib.
Mərkəzdə onların istirahəti üçün yaradılan şərait yüksək səviyyədədir. Altı gün ərzində mərkəzə dincəlməyə gələnlərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq üçün proqram tərtib edilib. Proqrama uyğun olaraq, məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə müxtəlif idman yarışları, əyləncəli tədbirlər təşkil olunacaq, onlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə aparılacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR