22 Dekabr 2024, Bazar

Sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün muxtar respublikada müasir və iritutumlu avtobusların alınıb gətirilməsi diqqət mərkəzində saxlanılır.

Hazırda Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin balansında 9 ədəd “PAZ”, 5 ədəd “LİAZ” və 37 ədəd “KİNG LONG” markalı iritutumlu avtobuslar vardır. Sərnişinlərə daha nümunəvi xidmət göstərilməsi məqsədilə cari ildə də iritutumlu avtobusların alınıb gətirilməsi nəzərdə tutulur.
Bu barədə qəzetimizə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda Naxçıvan şəhərində hər gün ayrı-ayrı marşrutlar üzrə, ümumilikdə, 57 ədəd müxtəliftutumlu avtobus və mikroavtobus xəttə çıxarılır. Son illər şəhərdaxili marşrutlarla yanaşı, şəhər­ətrafı məhəllələrdə və kəndlərdə də sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb, Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndləri istiqamətində 7 nömrəli marşrut fəaliyyətə başlayıb. Mövcud 2 nömrəli marşrut xətti isə Tumbul kəndinədək uzadılıb ki, bu marşrutdan Hacı­niyyət kəndinin sakinləri də istifadə edirlər. Həmçinin Şıxmahmud və Xəlilli kənd­lərinə 8 nömrəli marşrut açılıb, 1 nömrəli marşrut xətti isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinədək uzadılıb. Hər marşrutda avtobus və mikroavtobusların qrafik üzrə hərəkətinə, təyin olunmuş dayanacaqlardan düzgün istifadə etmələrinə dispetçerlər tərəfindən ciddi nəzarət olunur. Sürücülərin xüsusi geyim formalarından istifadə etmələri və sərnişinlərlə rəftarı da diqqət mərkəzindədir.
Qeyd edək ki, muxtar respublika paytaxtında şəhərdaxili və şəhərətrafı yol yataqları­nın genişləndirilməsi, yollara keyfiyyətli asfalt örtüyünün salınması nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, sərnişinlərin rahat daşınmasına əl­verişli şərait yaradıb. Naxçıvan şəhərində sərnişindaşıma işini nizamla­maq, əhalinin rahatlığını təmin etmək, eləcə də xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlər həyata keçirilib, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi üçün yeni inzibati bina və avtobus parkı istifadəyə verilib.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR