22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlak idarəçiliyində göstərilən xidmətlərdə yüksək keyfiyyətin, şəffaflığın təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Xidmət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərə baxılması və qəbul edilməsi zamanı operativ, rahat və şəffaf qeydiyyat xidmətlərinin göstərilməsi işini diqqət mərkəzində saxlayır, vətəndaşlara müasir dövrün tələbləri çərçivəsində yüksək səviyyədə xidmət göstərməklə sosial məmnunluğu artırır.
Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən “Şərq qapısı”na bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xidmətin mərkəzi aparatı ilə şəhər və rayon şöbələri arasında elektron əlaqələrin yaradılması barədə tapşı­rığı əsasında həmin işlərin sürətlə həyata keçirilməsi üçün bir sıra təşkilati tədbirlər görülüb. Qısa müddətdə xidmətin hər bir şöbəsinə fiber-optik kabel çəkilib və yeni kompüter dəsti alınaraq xidmətlə onun şöbələri arasında qapalı xətt üzərindən onlayn əlaqə yaradılıb. Şəhər və rayon şöbələrində həmin kompüterlərə domen adları verilərək xidmətdə yerləşən serverə qoşulub.
İnformasiyanın təhlükəsizliyini təmin etmək məqsədilə xidmətdə, Rabitə və Yeni Texnologiyalar Nazirliyində təhlükəsizlik divarları (Firewall) quraşdırılıb.
2015-ci il yanvarın 30-da xidmətdə yeni yaradılan elektron əlaqələrin sınaq testləri aparılıb, xidmətlə şöbələr arasında məlumat mübadiləsində çevikliyin, dəqiqliyin təmin edilməsi imkanı yaradılmaqla elektron sənəd dövriyyəsi təşkil edilib. Xidmətin kollektivi bununla kifayətlənməyərək bu sahədə müasirləşdirmə işlərini davam etdirir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR