22 Dekabr 2024, Bazar

Martın 16-da Novruz bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.
Çıxışlarda xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən ahılların sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Vurğulanıb ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ahıl və məhdud fiziki imkanlı vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib, onların sağlam həyat tərzində yaşamaları, maddi və mənəvi tələbatlarının ödənilməsi üçün hərtərəfli şərait yaradılıb.

Ahıl insanların sağlamlıqlarının qorunmasına, tibbi reabilitasiyalarına xüsusi diqqət yetirilir. Tənha ahıllara evlərində baş çəkilərək qayğıları ilə maraqlanılır, zəruri sosial problemləri yerindəcə həll edilir, onlar həkim müayinəsindən keçirilirlər. Son illər bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb.
Həmçinin qeyd edilib ki, Ahıllar evi sakinlərinin rahat yaşamaları üçün yüksək şərait yaradılıb, onlara mütəmadi tibbi və sosial reabilitasiya xidməti göstərilir.
Sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilən davamlı dövlət qayğısı onların rifahının daha da yaxşılaşmasına xidmət edir.
Tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda sakinlərə bayram hədiyyələri təqdim olunub.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*  *  *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə martın 16-da Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində bayram tədbirləri keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazilə Ləzgiyeva çıxış edərək Novruz bayramı münasibətilə məhdud fiziki imkanlı şəxsləri təbrik edib, onlara cansağlığı arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslər dövlətimizin qayğısı əhatəsində yaşayırlar. Onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiyalarının həlli, cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslər minik avtomobili, müxtəlif texniki-bərpa vasitələri ilə təmin olunur, tənha yaşayan, köməyə ehtiyacı olan şəxslərə evdə sosial-məişət xidməti göstərilir. Bu kateqoriyadan olan şəxslərin istedadlarının üzə çıxarılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, əlamətdar günlərdə, o cümlədən Novruz bayramı münasibətilə məhdud fiziki imkanlı şəxslərlə görüşlərin təşkili davamlı dövlət qayğısının ifadəsidir.
Həmin gün rayon mərkəzlərində də Novruz bayramı münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin yaxşı­laşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Yataq xəstəsi olan məhdud fiziki imkanlı şəxslərə baş çəkilib, onların yaşayış vəziyyəti ilə maraqlanılıb, bayram sovqatı verilib.
Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə bayram sovqatı təqdim edilib.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR