22 Dekabr 2024, Bazar

Ötən il olduğu kimi, 2015-ci ildə də muxtar respublikada meşə fondu torpaqlarında, magistral avtomobil yollarının ətrafında, yarımsəhra və səhralaşmaya meyilli ərazilərdə yaşıllaşdırma tədbirlərinin aparılması davam etdiriləcək. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cari ildə 540 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub ki, bunun da 200 hektarında meyvə ağacları əkiləcək. Artıq nazirlik tərəfindən ağac əkinlərinin aparılmasına başlanılıb.
Xatırladaq ki, ötən il muxtar respublikada 536,5 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu tədbirlər zamanı 440 min 700 ədəddən artıq ağac və bəzək kolları əkilib.
Qeyd edək ki, ana təbiətin əsas qoruyucu vasitələrindən biri də yaşıllıqların mühafizəsi və artırılmasıdır. Yaşıllıqlar ekoloji mühitin tarazlığının saxlanılması ilə yanaşı, həm də sağlamlıq mənbəyi rolunu oynayır. Müdriklərimizin “Harada yaşıllıq varsa, orada həyat var” fikri də təbiətə qayğı göstərməyin bir daha vacib olduğunu göstərir. Müasir dövrdə yaşıllıqların artırılması yönündə atılan hər bir addım bizə sağlam yaşamağa və təbiətin saysız-hesabsız nemətlərindən hərtərəfli istifadə etməyə şərait yaradır. Naxçıvan Muxtar Respublikasında da bu sahədə həyata keçirilən tədbirlər ekoloji tarazlı­ğın pozulmasının qarşısının alın­ması, təbii sərvətlərimizin qorunub saxlanma­sı kimi ümumbəşəri əhəmiyyət daşıyır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR