22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Kəngərli rayonunun Xok kəndində yaşayan aztəminatlı Məmməd­ovlar ailəsinə baş çəkilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirmiş, ailəyə məişət əşyası və ərzaq payı vermişlər.
Aztəminatlı ailənin üzvləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər aztəminatlı ailələri də əhatə etmişdir. Bu qrupdan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımların təyin olunması, əmək qabiliyyətli ailə üzvlərinin məşğulluq problemlərinin həll edilməsi, əlil və ahılların təqaüdlərinin vaxtlı-vaxtında verilməsi bu səpkidə görülən işlərdəndir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR