22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən protez-ortopedik məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan məhdud fiziki imkanlı 76 şəxsə, o cümlədən 22 ahıla və sağlamlıq imkanları məhdud 9 uşağa növbəti səyyar xidmət göstərilib. Tibbi-texniki heyət məhdud fiziki imkanlı şəxslərin evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 13 nəfərdən protez və ortez sifarişləri qəbul edilib, 3 nəfərin protezləri təmir olunub, 10 nəfərə protez-ortopedik məmulatlar, eyni zamanda 76 nəfərə texniki-bərpa vasitələri, o cümlədən 15 nəfərə eşitmə aparatı, 61 nəfərə isə müxtəlif növ əsalar verilib.
Məhdud fiziki imkanlı şəxslərə səyyar xidmət il ərzində davam etdiriləcək.
Məlumat üçün bildirək ki, ötən il bu kateqoriyadan olan 294 şəxs texniki reabilitasiya vasitələri ilə, 139 şəxs sanatoriya və pansionatlarda müalicələri üçün göndərişlərlə, 216 şəxs protez-ortopedik məmulatlarla təmin olunub, 218 şəxs isə Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə kursu keçib. Eyni zamanda qeyd olunan dövrdə müvafiq kateqoriyadan olan 89 şəxsə minik avtomobili verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR