22 Dekabr 2024, Bazar

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Yaycı kəndində yaşayan tənha ahıl qadın Şəfiqə İsmayılovaya baş çəkilib. Adıçəkilən təşkilatların əməkdaşları tənha ahıl qadını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onun yaşayış vəziyyəti ilə maraqlanıb, tibbi müayinədən keçirib, ona məişət əşyası və ərzaq payı veriblər.
Vətəndaş Şəfiqə İsmayılova ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət  Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR