22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 23-cü ildönümü ərəfəsində göm­rükçülər qanvermə aksiyası keçirib.
“Gömrükçülər sizi unutmur” adlı aksiyada məqsəd talassemiya və digər qan xəstə­liklərindən əziyyət çəkənlərə və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub. Könüllülük prinsipi əsasında keçirilən aksiyada əməkdaşlar gömrük orqanlarının yerləşdikləri ərazi vahidləri üzrə səhiyyə ocaqlarında qan veriblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin və Naxçıvan Şəhər Gömrük İdarəsinin əməkdaşları Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gələrək bu nəcib və humanist xarakterli aksiyada iştirak ediblər. Mərkəzin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Donorlardan arterial təzyiq, hepatit və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Donorlardan götürü­lən qan qruplar üzrə müəyyənləşdirilərək xüsusi şəraitdə qan bankına təhvil verilib.
Culfa Gömrük İdarəsinin əməkdaşları isə Culfa Rayon Mərkəzi Xəstəxanasında qan veriblər. Ümumilikdə, qanvermə aksiyasında 110 gömrükçü iştirak edib. Bu xeyirxah aksiya nəticəsində qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR