22 Dekabr 2024, Bazar

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə aidiyyəti orqanlara sahibkarların maarifləndirilməsi, bütün işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına diqqətin artırılması, hər bir sahibkara tabeliyində çalışan işçilər üçün normal iş yeri və istirahət şəraitinin yaradılması, xüsusi istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi kimi tapşırıqlar verilib.
Verilən tapşırıqların icrasına uyğun olaraq, fevralın 23-dən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunması” mövzusunda növbəti ixtisasartırma kursunun keçilməsinə başlanılıb.
Kursa “Cahan Qida Market”, “Cahan Qənd”,“Cahan Tobacco”, “Bərəkət Qida Məhsulları”, “Hilal” Ət və Ət Məhsulları”, “Ləzzət Qida Sənaye”, “Prestij Naxçıvan Pivəsi”, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli cəmiyyətlərin, “Sirab“ Açıq Səhmdar Cəmiyyətinin və “Fərda” şirniyyat müəssisəsinin, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.

Kurs 7 gün davam edəcək. Bu müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən işçilər üçün normal iş və istirahət şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması, bu istiqamətdə daxili nəzarətin gücləndirilməsi, baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəliklərinin qarşısının alınmasına dair, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agent­liyinin nümayəndələri tərəfindən iş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi, baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığorta olunmasının zəruriliyi ilə bağlı müvafiq mövzular tədris olunacaq.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR