22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Əsaslarla Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın cari ilin əvvəlində təsdiq olunmuş iş planına uyğun olaraq, il boyu hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 94 uşağın yaşadıqları ailələrdə monitorinqlər keçirilmişdir. Komissiya üzvlərinin və müvafiq rayon (şəhər) İcra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya əməkdaşlarının iştirakı ilə keçirilən monitorinqlərdə uşaqların yaşayış vəziyyətləri, sağlamlıqları, təhsilləri ilə maraqlanılmış, ehtiyaclarının ödənilməsinə köməklik göstərilmiş, onlar haqqında məlumat bazası yaradılmışdır. Uşaqların təhsil aldıqları məktəblərdən əlavə dərnəklərə cəlb olunması və qanunvericiliklə valideynlərinin mülkiyyətində olmuş əmlakların üzərində onların da vərəsəlik hüququna malik olmaları ilə əlaqədar müvafiq orqanlara tapşırıqlar verilmiş, işsiz olan himayəçi və qəyyumların işlə təmin olunmaları məqsədilə müvafiq təşkilatlara bildirilmişdir.

 Qeyd edək ki, müvafiq monitorinqlər bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil 13 uşağın ailəsində də keçirilmişdir.

 Bu istiqamətdə görülən işlər davam etdirilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR