22 Dekabr 2024, Bazar

Fevralın 10-da Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Kırna kəndində təbii qazdan, sudan, elektrik enerjisindən düzgün istifadə qaydalarına, həmçinin “Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintiyə icazənin verilməsi” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir. Əli Adıgözəlov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə də sakinlərə məlumat verib.

Sonra Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Xalid Ağayev tikintisinə icazə tələb olunan və tələb olunmayan obyektlər haqqında çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci il tarixli Qanunla təsdiq edilib və 2013-cü il yanvarın 1-dən qüvvəyə minib. Həmin məcəllənin şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı adlanan 1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
“Məcəllənin 75, 79 və 80-ci maddələrində tikintisinə icazə tələb olunan və tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması qaydaları və tikintiyə başlamaq üçün məlumatlandırma icraatının qaydaları öz əksini tapıb”, – deyən Xalid Ağayev mövcud qanunvericiliyin tələbləri və icra qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR