22 Dekabr 2024, Bazar

Muxtar respublikada mövcud yolların beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırıb. Odur ki, şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri sürətlə yeniləşdirilir.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərində sərnişindaşıma müasir, iritutumlu avtobuslarla həyata keçirilir. Son illər Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, 2 ədəd “Mersedes-Benz Traveqo” markalı, 37 ədəd “King Long” markalı, 8 ədəd “Liaz” markalı iritutumlu avtobuslar alınaraq nəqliyyat dövriyyəsinə buraxılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, şəhərdaxili nəqliyyatdakı avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması, Naxçıvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması və ictimai nəqliyyat vasitələri üçün yeni dayanacaqların quraşdırılması işləri davam etdirilməkdədir. Adıçəkilən proqrama əsasən, sərnişinlərin sıxlığı nəzərə alınaraq muxtar respublikamıza yeni iritutumlu avtobuslar alınıb gətiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR