22 Dekabr 2024, Bazar

Dünən Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Nəzərabad kəndində ətraf mühitin mühafizəsinə, təbii qaz və elektrik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş tədbir keçirilib. 

Nəzərabad kənd sakinlərinin iştirak etdiyi tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, elektrik və istilik enerjisinin talanması iqtisadiyyatımıza böyük zərbədir” mövzusunda çıxış edərək bildirib ki, enerji resurslarından səmərəli şəkildə istifadə edilməsi vacib məsələlərdən biridir.

Fiziki və hüquqi şəxslər tərəfindən məişətdə və müxtəlif istehsal sahələrində istifadə edilən təbii qazın, elektrik və istilik enerjisinin talanmasına qarşı mübarizənin hüquqi əsasları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Enerji növlərindən səmərəli istifadə olunması ölkəmizdə, eləcə də muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi və iqtisadi nöqteyi-nəzərdən mühüm amil kimi səciyyələndirilir.
Babək rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Vüqar Hüseynov “Ətraf mühitin mühafizəsi sağlam həyatın başlıca amillərindəndir” mövzusunda çıxış edərək bildirib ki, insan sağlamlığında ətraf mühitin təmizliyi əsas amillərdəndir. Son illər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm addımlar atılıb. Ətraf mühitin mühafizəsi ətraf mühitdə təbii mövcud olan maddi varlıqların qorunub saxlanılmasıdır. Əgər təbiətə ziyan vurulursa, o zaman ətraf mühitdə mövcud olan digər təbii varlıqlara da böyük ziyan dəymiş olur. Bu ziyan nəticəsində bitkilərin, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi halları baş verir. Qeyd olunub ki, muxtar respublikamızda ekoloji tarazlığın qorunub saxlanılması üçün mühüm addımların atılmasına baxmayaraq, bəzən ətraf mühitə biganə yanaşanlara da rast gəlinir. Təbiəti qorumaq ümumxalq işi olduğundan bu sahədə vətəndaşlar həmrəy olmalı, xoşagəlməz hallarla mübarizə tədbirlərində müvafiq qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına kömək etməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR