22 Dekabr 2024, Bazar

Yanvarın 26-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunması” mövzusunda ixtisasartırma kursunun keçilməsinə başlanılıb.
Kursa Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək Rayon idarələrinin, “Gəmiqaya İnşaat”,“Dizayn İnşaat”,“Cahan İnşaat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Əcəmi TQ” Açıq Səhmdar Cəmiyyətinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin sahə rəisləri və əməyin mühafizəsi üzrə, ümumilikdə, 12 mütəxəssis cəlb edilib.

7 gün davam edəcək kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi normaları, qaydaları və prinsiplərinə uyğunlaşdırılması, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə olunması və bu istiqamətdə daxili nəzarətin gücləndirilməsi, baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəliklərinin qarşısının alınması mövzularından bəhs ediləcək. Bundan başqa, əyani vasitələrlə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin nümayəndələri tərəfindən iş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülmə­məsinə görə məsuliyyət, iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi, baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığorta olunmasının zəruriliyi ilə bağlı müvafiq mövzular tədris olunacaq.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR