Muxtar respublikada sığorta fəaliyyətinin genişləndirilməsi və vətəndaşların sığorta xidmətləri ilə tam təmin olunması istiqamətində səmərəli işlər davam etdirilməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, ötən ilin ilk səkkiz ayı ilə müqayisədə cari ilin müvafiq dövründə sığorta tədiyyələrinin toplanması və müqavilələrin bağlanması istiqamətində 10,2 faiz artım müşahidə olunmuşdur.
Nəqliyyat, daşınmaz əmlak, əmlak sığortası, insanların həyatına və sağlamlığına dəymiş zərərlər üzrə və digər sığorta növləri üzrə ödənilən sığorta məbləğləri isə 22,2 faiz artmışdır. Başqa sözlə, sığorta fəaliyyətinin genişlənməsi ilə vətəndaşların sığortanın faydalarından bəhrələnməsi imkanları da artmaqdadır.
Xəbərlər şöbəsi